Ana Sayfa > Karusel / Dünya > Nazarbayev əməliyyatdan sonra evə buraxıldı
Nazarbayev əməliyyatdan sonra evə buraxıldı24-01-2023, 10:15. Yazar: Admin |
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Astanadakı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində planlı ürək əməliyyatından sonra evə buraxılıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə tibb müəssisəsindən TASS-a məlumat verilib.
"O, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb", - kardiocərrahiyyə mərkəzindən bildirilib.
Sabiq prezidentin mətbuat katibi Aydos Ukibay yanvarın 20-də siyasətçinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini açıqlayıb.
Qeyd edək ki, Nazarbayev 1991-ci ildən 2019-cu ilə qədər Qazaxstan prezidenti olub. 2019-cu ilin martında o, öz istəyi ilə tutduğu postdan istefa verib. Beləliklə, Nazarbayevin varisi Kasım-Jomart Tokayev olub.Modern.az Geri dön |