Ana Sayfa > Karusel / Manşet > Aİ-nin Rusiyaya qarşı sanksiyayalarına daha 8 ölkə qoşulub

Aİ-nin Rusiyaya qarşı sanksiyayalarına daha 8 ölkə qoşulub


23-01-2023, 22:32. Yazar: Admin

Aİ-nin Rusiyaya qarşı sanksiyayalarına daha 8 ölkə qoşulub

Avropanın 8 ölkəsi Rusiyaya qarşı sanksiyaya və neft qiymətlərinin maksimum qiymətlərinə qoşulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.

Bunlar Şimali Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, Ukrayna, həmçinin Avropa Azad Ticarət Zonası ölkələri - İslandiya, Lixtenşteyn və Norveçdir.

Bildirilib ki, bu dövlətlər Avropa İttifaqına qoşulmaq üçün qurumun sanksiya siyasətini dəstəkləyir.

Avropa azad ticarət zonası ölkələri Aİ-nin tətbiq etdiyi bütün ticarət məhdudiyyətlərinə əməl etməlidir, əks halda onlar boz ixrac zonasına çevrilə bilər.
Rusiya əleyhinə sanksiyalar tətbiq etməkdən ardıcıl olaraq imtina edən Serbiya Aİ üzvlüyünə yeganə namizəd olaraq qalır.


Geri dön