Estoniyanın ardınca Latviya da fevralın 24-dən Moskva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Edqars Rinkeviç bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Tallinnlə diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması ilə bağlı bəyanat yayıb.
Orada qeyd edilib ki, Estoniya Rusiyanın Tallinndəki səfirliyində çalışanların sayını kəskin azaltmaq üçün qeyri-dost addım atıb ki, bu da ölkələr arasında münasibətlərin pozulmasına doğru olan xətdir.
Cavab olaraq Rusiya tərəfi hər iki ölkədəki diplomatik nümayəndənin rütbəsini aşağı salmaq qərarına gəlib.
Estoniya səfiri Marqus Laidre fevralın 7-də Rusiyanı tərk etməlidir.