Ana Sayfa > Karusel > İranı tənqid edənləri susdurmağa çalışırlar - Deputat
İranı tənqid edənləri susdurmağa çalışırlar - Deputat23-01-2023, 15:58. Yazar: Admin |
“Xüsusi öyrədilmiş qruplar var ki, sosial şəbəkələrdə İranla bağlı fikirlər səsləndirənləri susdurmağa çalışırlar”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib.
"Bununla bağlı mənim də polemikam olub. Son vaxtlar İranla bağlı məsələlər göz qabağındadır. Dini sahədə proseslər gedir, dövlət tərəfindən addımlar atılır. İndi qarşı tərəfdən sosial şəbəkələrdən də addımlar var. Xüsusi öyrədilmiş qruplar var ki, İranla bağlı fikirlər səsləndirənləri susdurmağa çalışırlar. Bunun qarşısını almaq üçün islahatlar aparmaq lazımdır”, - deyə deputat vurğulayıb.
Parlamentari, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən söz açıb:
“Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun qəbul olunarkən gördük ki, partiya sədrləri qanuna qarşı çıxmağa çalışırdılar. Bəzi siyasi partiya sədrləri təxribatlara əl atırdılar. Görürdük ki, partiya sədrləri söz alıb, müzakirəni pozmağa çalışır, ya da iclas davam edərkən çölə çıxırdılar. Amma onların qarşısı peşəkarcasına alındı”. Geri dön |