Ana Sayfa > Karusel / Manşet > Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək22-01-2023, 23:27. Yazar: Admin |
Yanvarın 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının 26-cı iclası keçiriləcək. Qarabaginfo.az-ın xəbərinə görə, iclasda təşkilata üzv ölkələrin xarici işlər nazirləri, eləcə də İƏT-in Baş Katibi Xusrav Noziri iştirak edəcəkdir. Qeyd edək ki, 2023-cü ildən İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçir. Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının bu il üzrə ilk iclası 11 yanvar 2023-cü ildə Tehranda keçirilib. Geri dön |