Ana Sayfa > Karusel / Manşet > Makron Ukraynaya tank verilməsinin şərtlərini açıqlayıb
Makron Ukraynaya tank verilməsinin şərtlərini açıqlayıb22-01-2023, 22:35. Yazar: Admin |
Ukraynaya “Leclerc” tanklarının verilməsi istisna olunmur. Qarabaginfo.az-ın BFM TV-yə istinadla xəbərinə görə, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib. ““Leclerc” tanklarına gəldikdə deməliyəm ki, bu məsələ üzərində işləməyi müdafiə nazirinə tapşırmışam. Heç nə istisna deyil” – deyə Makron qeyd edib. Fransa prezidenti bildirib ki, Kiyevə tanklar 3 şərtlə verilə bilər. Tankların verilməsi eskalasiyaya səbəb olmamalı, Ukraynanın müdafiə qüdrətini real şəkildə artırmalı və eyni zamanda Fransanın müdafiə qabiliyyətini aşağı salmamalıdır. Öz növbəsində Almaniya kansleri bildirib ki, tərəflər Ukraynaya böyük maddi və humanitar dəstək göstərib, həmçinin silahla təchiz ediblər. Geri dön |