Ana Sayfa > Karusel / Manşet > Afinaya uçan təyyarənin göyərtəsində bomba olması barədə məlumat alınıb

Afinaya uçan təyyarənin göyərtəsində bomba olması barədə məlumat alınıb


22-01-2023, 20:51. Yazar: Admin

Afinaya uçan təyyarənin göyərtəsində bomba olması barədə məlumat alınıb

Polşadan qalxan İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus təyyarənin ekipajı hava gəmisində bomba olması ilə bağlı məlumat alıb.

Qarabaginfo.az-ın Yunanıstanın EPT-1 telekanalına istinadən verdiyi məlumata görə, hava gəmisi Yunanıstan HHQ-nə məxsus F-16 qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına uçur.

Hava limanında laynerin enişdən sonra dayanacağı xüsusi zona hazırlanıb. Əraziyə xüsusi təyinatlı polis bölmələri göndərilib.

Bildirilir ki, “Boeing 738” tipli təyyarənin göyərtəsində 192 nəfər var.


Geri dön