Ana Sayfa > Karusel / Manşet > DGK-dan büdcəyə nə qədər vəsait daxil olub?
DGK-dan büdcəyə nə qədər vəsait daxil olub?22-01-2023, 19:44. Yazar: Admin |
2022-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 654,603 milyon manat təşkil edib. Qarabaginfo.az DGK-ya istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 30,2% çoxdur. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,8 % artaraq 1 419,969 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 36,6 % artaraq 4 003,424 milyon manat, aksizlər üzrə daxilolmalar 3,5 % artaraq 168,896 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 42,85 % artaraq 62,315 milyon manat olub. Geri dön |