Ana Sayfa > Karusel / Manşet > Ukraynada nazir müavini saxlanıldı
Ukraynada nazir müavini saxlanıldı21-01-2023, 23:13. Yazar: Admin |
Ukraynada Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosunun əməkdaşları ölkənin icma inkişafı, ərazilər və infrastruktur nazirinin müavini Vasil Lozinskini saxlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb. Məlumata görə, istintaq Cinayət Məcəlləsinin 364-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 368-ci (vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə) maddələri ilə aparılır. Geri dön |