Ana Sayfa > Karusel / Manşet > Zaqatalada 15 otaqlı evin yanmasının səbəbi

Zaqatalada 15 otaqlı evin yanmasının səbəbi


21-01-2023, 21:23. Yazar: Admin

Zaqatala rayonunun Muğanlı kəndində 1957-ci il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub.

Qarabaginfo.az xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 480 kv.m olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.

Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön