Ana Sayfa > Karusel / Manşet > Prezidentliyə namizəd təhdid edilir: Patron...

Prezidentliyə namizəd təhdid edilir: Patron...


21-01-2023, 19:52. Yazar: Admin

Çexiyanın keçmiş baş naziri, prezidentliyə namizəd olan Andrey Babişə təhdid məktubları göndərilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Andrey Babiş məlumat verib.

Onun sözlərinə görə, məktubun mətnində hədə-qorxu və zərfin içində canlı patron da olub:

“Söhbət prezidentliyə namizədi və onun ailə üzvlərini qorxutmaqdan gedir, bu, azad cəmiyyətdə baş verməməlidir”.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılıb.


Geri dön