Ana Sayfa > Karusel / Siyasət > “Onun kimi beynəlxalq səviyyəli bir dələduzun...” – Deputatdan sərt açıqlama 

“Onun kimi beynəlxalq səviyyəli bir dələduzun...” – Deputatdan sərt açıqlama 


21-01-2023, 14:10. Yazar: Admin

“Onun kimi beynəlxalq səviyyəli bir dələduzun...” – Deputatdan sərt açıqlama 

“Xankəndi yolunda keçirilən aksiyalar Azərbaycan xalqının iradəsinin ifadəsidir. Bu baxımdan, qarşı tərəf Azərbaycanın önə çəkdiyi tələbləri yerinə yetirməyənə qədər aksiyalar gedəcəkdir. Bunun alternativi yoxdur və ola da bilməz”.

Qarabaginfo.az xəbər verir ki bu sözləri Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

AVP sədri 40 gündür ki, ekofəalların Laçın-Şuşa-Xankəndi yolunda davam edən aksiyasından və məlum aksiyasının perspektivlərindən, əldə olunan nəticələrdən söz açıb.

Deputat əmindir ki, bu gün fədakar övladlarımızın, ictimai fəalların artıq 40 gündən çox orada soyuğa, qara, şaxtaya baxmayaraq, göstərmiş olduqları fədakarlıq artıq özünün konkret nəticələrini göstərib:

“İlk növbədə, Xankəndiyə Ermənistandan və İrandan silah daşımalarının, diversiya qruplarının gəlişinin qarşısı alınıb. İkinci bir tərəfdən, Ruben Vardanyan kimi beynəlxalq səviyyəli dələduzun Azərbaycan sərvətlərini talan edərək, Ermənistana aparıb, oradan dünya bazarına çıxarıb sataraq, həm özünün varlanmasına, həm də separatçıların güclənməsinə son qoyulub. Artıq bunlar həyata keçirilə bilmir”.

O, əlavə edib ki, artıq separatçılar arasında da kifayət qədər gərginlik yaranıb:

“Ermənistanla Qarabağ erməniləri arasında münasibətlər gərginləşib, o cümlədən dünya miqyasında bu, artıq müzakirə predimetinə çevrilib, eləcə də Azərbaycanın haqq işi bir daha önə çəkilir və Azərbaycan hüquqi baxımdan özünə gələcək hərəkətlər üçün ciddi əsaslar yaradır. Bu, aksiyanın 40 gündə vermiş olduğu müsbət tərəflər budur. Bundan sonra da aksiya getməlidir. Sona qədər və Azərbaycanın qoymuş olduğu tələblər yerinə yetirilməyənə qədər aksiya işini davam etdirməlidir”.

F. Ağamalıya görə, bu aksiya həm də Azərbaycanın müvafiq qurumlarının nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə yekunlaşmalıdır. Onun fikrincə, bundan sonra bizim fədakar övladlarımız həmin aksiyanı dayandıra bilərlər:

“Bizim igid övladlarımızın hesabına Azərbaycan çox ciddi uğurlara imza atdı. Birincisi, onların sayəsində bu, beynəlxalq səviyyəyə çıxarıldı, artıq bütün kartlar oynanıldı və bəlli oldu ki, Fransa BMT Təhlükəsizlik Şurasına bu məsələni çıxarıb Azərbaycana sanksiyalar tətbiq etmək niyyətindəydi. Azərbaycan diplomatiyası isə bunu sıfırladı, Fransanı öz müstəvisində məğlubiyyətə uğratdı. Demək olar ki, bundan sonra Fransa müəyyən dərəcədə fərqli bir situasiya tutmağa başladı. Fransa Senatı sədrinin İrəvanda verdiyi açıqlama da təsadüfi deyildi, bu, geri çəkilmənin ifadəsini göstərir”, – millət vəkili qələbələrimizdən söz açarkən deyib.

“Digər tərəfdən, silah-sursatın gəlişinin, eləcə də sərvətlərimizin daşınmasının qarşısının alınması, həm Ermənistanla separatçılar, həm də separatçıların daxilində ciddi qarşıdurmalar yaradıb. Eyni zamanda Qarabağ erməniləri arasındakı qruplaşmanı da kifayət qədər dərinləşdirib. Bu proseslər Azərbaycanın xeyrinədir və 40 günlük dinc aksiya özünün çox ciddi nəticələrini verməkdədir”, – deyə deputat fikrini yekunlaşdırıb.


Geri dön