Ana Sayfa > Karusel / Dünya > İsveç müdafiə nazirinin Türkiyə səfərini ləğv etdik - AKAR

İsveç müdafiə nazirinin Türkiyə səfərini ləğv etdik - AKAR


21-01-2023, 13:36. Yazar: Admin

İsveç müdafiə nazirinin Türkiyə səfərini ləğv etdik - AKAR

 

İsveçin müdafiə naziri Pal Consonun Türkiyəyə səfəri ləğv olunub.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir İsveçdə PKK/YPG tərəfdarlarının prezident Ərdoğana və Türkiyəyə qarşı təxribatlarını, eyni zamanda İsveç polisinin Türkiyə səfirliyi qarşısında Quran-ı yandıraraq nümayiş keçirmək istəyənlərə icazə verməsini xatırladıb.

 “Prezidentimizə qarşı sayğısızlığa qarşı heç bir tədbir görülmədiyini təəssüflə müşahidə etdik. Türkiyəyə qarşı bu alçaq və iyrənc hərəkətlər qəbuledilməzdir. Ona görə də İsveç müdafiə nazirinin 27 yanvar səfərinin artıq  heç bir əhəmiyyəti yoxdur. Beləliklə, görüşü ləğv etdik",-nazir deyib.


Geri dön