Ana Sayfa > Karusel / Region > Qırğızıstanda rus dilindən İMTİNA OLUNUR
Qırğızıstanda rus dilindən İMTİNA OLUNUR21-01-2023, 13:34. Yazar: Admin |
Qırğızıstanın parlamenti “Qırğızıstan Respublikasının dövlət dili haqqında” konstitusiya qanununu birinci oxunuşda qəbul edib. Qanun qəbul olunarsa, dövlət orqanlarının işi, seçki və referendumların hazırlanması, məhkəmə prosesi və müdafiə, beynəlxalq müqavilələr, coğrafi adlar, notariat, eləcə də təhsil, elm, mədəniyyət və media (xüsusən televiziya və radio yayımında) qırğız dilinin istifadəsi məcburi olacaq. Eyni zamanda, bəzi hallarda rus dilinə tərcümə də təmin ediləcək. 2022-ci ilin sonunda bütün bu dəyişikliklərə çağırış Respublika Prezidenti Sadır Japarov tərəfindən səsləndirilib. Mövcud qaydalara görə, rus dilindən istifadə hər yerdə mümkündür. Qırğızıstan postsovet məkanında rus dilinin statusunun Konstitusiyada təsbit edildiyi azsaylı ölkələrdən biridir (bu barədə Qazaxıstan, Moldova və Tacikistanın Əsas Qanunlarında da qeyd olunur). Respublikada qırğız dilinə dövlət dili statusu verilir, rus dili rəsmi dil kimi tanınır. Üstəlik, yeni qanun layihəsi bu iki statusu təsdiqləyir - Japarovun sözlərinə görə, “rus dili rəsmi olaraq qalmalıdır”. Geri dön |