Ana Sayfa > Karusel > Rusiya sülhməramlılarının maşınları Laçın yolundan keçdi

Rusiya sülhməramlılarının maşınları Laçın yolundan keçdi


21-01-2023, 11:25. Yazar: Admin

Rusiya sülhməramlılarının maşınları Laçın yolundan keçdi

 

Yanvarın 21-də Laçın-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.

Qarabaginfo.az xəbər verir ki, Rusiya hərbçilərinə məxsus daha 4 maşın Xankəndidən Laçın istiqamətində keçid edib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

Xatırladaq ki, azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyası 41 gündür davam edir. Aksiya dekabrın 12-də başlayıb.


Geri dön