Ana Sayfa > Karusel / Manşet > NATO Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yayıb

NATO Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yayıb


20-01-2023, 21:55. Yazar: Admin

NATO Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yayıb

NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Cənubi Qafqaza gələrək Ermənistan və Azərbaycanda səfərdə olub.

Qarabaginfo.az-ın NATO-nun rəsmi saytına istinadla xəbərinə görə, səfər tərəfdaşlarla müntəzəm siyasi məsləhətləşmələrinin tərkib hissəsidir.

 

Kolomina Ermənistanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və digər rəsmi şəxslərlə görüşüb.

Xüsusi nümayəndə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmilərlə görüşüb.

Görüşlərdə regional təhlükəsizlik məsələləri və Laçın dəhlizindəki vəziyyət barədə fikir mübadiləsi aparılıb.


Geri dön