Ana Sayfa > Karusel / Manşet > Prezident Azərbaycanın Şarl Mişelin dəstəyi ilə aparılan danışıqların davam etdirilməsinə hazır olduğunu deyib
Prezident Azərbaycanın Şarl Mişelin dəstəyi ilə aparılan danışıqların davam etdirilməsinə hazır olduğunu deyib19-01-2023, 22:23. Yazar: Admin |
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin davam etdirilməsinə hazırıq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşündə deyib.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verdi. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğuladı, ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu dedi.
Geri dön |