Ana Sayfa > Karusel / Manşet > Azərbaycan Prezidenti: Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik

Azərbaycan Prezidenti: Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik


19-01-2023, 19:12. Yazar: Admin

Azərbaycan Prezidenti: Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik

Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.
Dövlətimizin başçısı bildirib: “Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır.


Geri dön