Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və onun qızları Anuş Minasyan ilə Satenik Sarkisyan qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı iddia çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılıb.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, prosesə Aşxen Qarslyan hakim təyin edilib.
Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan və onun həyat yoldaşının da qanunsuz aktivlərinin müsadirə edilməsi prosesi gedirdi. Onlar da antikorrupsiya məhkəməsinə dəvət olunublar.
Bu gün məhkəmə iclası keçirilir, prosesdə Sarkisyan ailəsinin vəkili Amram Makinyan başda olmaqla onun müdafiəçiləri iştirak edir.(Modern.az)