Ana Sayfa > Karusel / Gündəm > Eldar Mahmudovla Vasif Talıbovu nə birləşdirir? - Polkovnikdən açıqlama

Eldar Mahmudovla Vasif Talıbovu nə birləşdirir? - Polkovnikdən açıqlama


19-01-2023, 13:40. Yazar: Admin

Eldar Mahmudovla Vasif Talıbovu nə birləşdirir? - Polkovnikdən açıqlama

 


Bir aya yaxındır istefa verən Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbovun personası ətrafında dolaşan söz-söhbətlər, eləcə də ona qarşı səsləndirilən ittihamlar hələ də davam edir. 

 Hakimiyyətin yuxarı eşelonu ilə körpüləri yandıran keçmiş Naxçıvan “xan”ı haqqında istər mediada, istərsə də tanınmış siyasilər tərəfindən səsləndirilən ittihamlara isə “Talıbovlar xanədanlığı”ndan hələ ki təkzibedici bir cavab gəlməyib. 

Susqunluğunu qoruyan Talıbovlar barəsində isə hər gün yeni ittihamlar gün üzünə çıxır. 

Yenisabah.az-la söhbətində ehtiyatda olan təhlükəsizlik polkovniki İlham İsmayıl deyib ki, burada bizim bilmədiyimiz məsələlər var. 

O, tarixə ekskurs etməyi də unutmayıb:

“Birinci dəfə deyil ki, Azərbaycanda belə məsələlər olur. 2015-ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudova o qədər ittihamlar irəli sürüldü, müavinləri həbs olundu, lakin Eldar Mahmudov ona irəli sürülən ittihamların heç birinə cavab vermədi”. 

İ.İsmayıla görə, həbs olunan və olunmayan məmurlar məsələsində bizim bilmədiyimiz kfiayət qədər məsələlər var:

“Hakimiyyətdaxili məsələlərin də hüquqi həlli hansısa bir şəkildə özünü tapmayıb. Ona görə də cəmiyyət bilirdi ki, Talıbovlar bunu susqunluqla qarşılayacaqlar”. 

Mütəxəssis bəyan edib ki, hazırda hansı proseslərin baş verdiyini bilmirik:

“Ona görə də birmənalı şəkildə demək olmaz ki, ittiham olunanlar hüquqi müstəvidə məsuliyyətə cəlb olunacaqlar, yoxsa bu iş elə-belə sükutla, vəzifədən çıxarılmaqla davam edəcək. Mənə elə gəlir ki, bu barədə proqnoz vermək çox çətindir”. 

Analitik iddia edib ki, məlum “ölüm susqunluğu” hələ bir müddət də davam edəcək:

“Çünki Talıbovlara irəli sürülən ittihamlar onlara hüquq-mühafizə orqanları tərəfindən deyil, şəxslər tərəfindən irəli sürülüb. Hüquq-mühafizə orqanları tərəfindən isə digər məmurlara - Naxçıvan Dövlət Gömrük Komitəsinin əməkdaşlarına, yaxud Naxçıvan Maliyyə Nazirliyinin rəhbərliyinə ittihamlar səsləndirilib. Amma hüquq-mühafizə orqanları birbaşa Vasif Talıbova, yaxud onun övladları Seymur və Rza Talıbovlarla bağlı hansısa bir məsələdə ittiham irəli sürməyiblər. İttihamlar digər məmurlara qarşıdır, yerdə qalan ittihamlar isə sadəcə olaraq ictimai ittihamlardır”. 


Geri dön