Ana Sayfa > Karusel / Qarabağ > Qarabağ erməniləri ilə görüşən azərbaycanlı kimdir? - “İrəliləyiş var”

Qarabağ erməniləri ilə görüşən azərbaycanlı kimdir? - “İrəliləyiş var”


19-01-2023, 11:30. Yazar: Admin

Qarabağ erməniləri ilə görüşən azərbaycanlı kimdir? - “İrəliləyiş var”

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinə də toxunub. 

XİN rəhbəri Laçın dəhlizi və Qarabağın dağlıq hissəsində baş verən hadisələrə toxunaraq, qeyd edib ki, ötən il ərzində Azərbaycanla Qarabağ erməniləri arasında bir neçə qeyri-rəsmi görüşlər baş tutub. 

Nazir Lavrovun kartları açıq oynamasının səbəbi hələlik məlum olmasa da, separatçı rejimin “təhlükəsizlik şurası”nın “katibi” vəzifəsində çalışan Vitali Balasanyanın postundan kənarlaşdırılması XİN rəhbərinin sözlərində cidid olduğuna dəlalət edir. 

Yenisabah.az-la söhbətində politoloq Qabil Hüseynli də məlum məsələyə toxunaraq deyib ki, ölkə Prezidenti İlham Əliyev ötən il bununla bağlı fikir söyləyib: 

“Təxminən 2-3 ay əvvəl Prezident dedi ki, Qarabağda yaşayan erməni azlığı ilə qeyri-rəsmi görüşlər keçirilir. Məncə, ölkə başçısı eyham vurdu ki, bu görüşləri Müdafiə Nazirliyinin yüksək çinli zabitləri aparırlar. Dövlət başçısı bundan artıq informasiya vermədi, amma son zamanlar yayılan informasiyalarda göstərilirdi ki, Araik Arutyunyan və Ruben Vardanyandan başqa Qarabağ icmasının digər üzvləri ilə kontaktlar qurulacaq. Hətta bu sarıdan hazırda vəzifəsindən kənarlaşdırılmış, Xocalı soyqırımında günahkar olan Vitali Balasanyanın adı da istisna edilmirdi. Elə Balasanyanın vəzifədən kənarlaşdırılması zamanı ona qarşı irəli sürülən ittiham onun azərbaycanlıalrla əlaqə qurması ilə bağlı idi”. 

Q.Hüseynli ehtimal edir ki, Qarabağda yaşayan siravi adamlar, habelə nüfuzlu icma üzvləri ilə kontaktlar qurula bilər: 

“Yəqin ki, Sergey Lavrov da bunu nəzərdə tutur. Tərəflər sülhməramlı qüvvələrinin komandiri, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə belə görüşləri keçiriblər. Lavrovun dediyi kimi, görüşlər intensiv xarakter daşıyır və yaxın günlərdə nəticə verə bilər”. 

Siyasi analitikin zənnincə, Lavrov bununla həm Laçın yolunun açılmasına eyham vurur, həm də Azərbaycanın Qarabağın dağlıq hissəsində yaşayan separatçı ermənilərə öz yurisdiksiyasının tətbiq olunmasını nəzərdə tutur. Onun fikrincə, bu proses gedə bilrə və getməlidir; bu səbəbdən də Lavorvun söylədiyində həqiqət payı var. 

Azərbaycan tərəfdən danışıqlarda iştirak edən adamın kimliyi barəsində isə o, belə deyib:

“Mən həmin o sürpriz adamın kim olduğunu dəqiq deyə bilmərəm, lakin bu şəxs müdafiə nazirinin müavinlərindən biri ola bilər. Yaxud bölgədəki korpus komandirlərindən biri. Lakin mənə elə gəlir ki, DTX-nin bir nəfər üzvü, Müdafiə Nazirliyinin bir nəfər üzvü və ola bilsin ki, prokurorluq orqanlarından bir nəfər bu prosesə qoşulsun”.


Geri dön