Ana Sayfa > Karusel > Telekanallara cərimə xəbərdarlığı - 4 min manat

Telekanallara cərimə xəbərdarlığı - 4 min manat


19-01-2023, 10:40. Yazar: Admin

Telekanallara cərimə xəbərdarlığı - 4 min manat

 

Dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin təmin edilməməsinə görə cərimələr müəyyənləşib.

 

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə qeyd olunub.

 

Qanun layihəsinə görə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 4000 manatdək məbləğdə cərimələnəcək.


Geri dön