Ana Sayfa > Karusel > Bu dövlət qulluqçularına rotasiya tətbiq olunmayacaq

Bu dövlət qulluqçularına rotasiya tətbiq olunmayacaq


19-01-2023, 10:39. Yazar: Admin

Bu dövlət qulluqçularına rotasiya tətbiq olunmayacaq

 

Dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi orqanın rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” qanuna əlavədə qeyd olunub.

 

Yeni qaydada siyahısı müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.

 

Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaq. Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya və birdəfəlik ödənişlər veriləcək.


Geri dön