Ana Sayfa > Karusel / Region > "Praqa razılaşmasına əsasən, sülh müqaviləsi imzalamağa hazırıq” - Paşinyan

"Praqa razılaşmasına əsasən, sülh müqaviləsi imzalamağa hazırıq” - Paşinyan


18-01-2023, 17:25. Yazar: Admin

 

“Biz çox aydın şəkildə bəyan edirik ki, Praqa razılaşmalarına əsasən, sülh müqaviləsini imzalamağa hazırıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Paşinyan çıxışı zamanı həmişəki kimi Azərbaycan əleyhinə fikirlər səsləndirib.

Onun fikrincə Azərbaycan tərəfindən verilən bəyanatlar sülhün bərqərar olmasına yeni maneələr yaradır.(modern.az)


Geri dön