Ana Sayfa > Karusel / Region > "Vaqner qrupu"nda Norveçdən 67 muzdlu döyüşür..."

"Vaqner qrupu"nda Norveçdən 67 muzdlu döyüşür..."


18-01-2023, 16:57. Yazar: Admin
Şimal izi: Priqojin ilk dəfə olaraq Norveç taboruna malik olduğunu etiraf edib, "Vaqner qrupu" özəl hərbi şirkətin hərbi cinayətlərinin şahidinin "çox təhlükəli" olduğunu açıqlayıb.
 
"Ehtiyatlı olun, o, çox təhlükəlidir..."
 
"Medvedev əsirlərlə qəddar münasibətə cəhdlərə görə məsuliyyətə cəlb olunmalıdır..."
 
 
"Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi və baş sponsoru Yevgeni Priqojin ilk dəfə olaraq etiraf edib ki, onun özəl ordusunun tərkibinə "Nithöqq" "Norveç taboru" daxildir. 
 
Bu taborun döyüşçüsü özünü keçmiş "vaqnerçi" adlandıran Norveç qoşunlarına təslim olan Andrey Medvedevdir. Bu məlumatı prezident Putinə yaxın olan oliqarxın Norveçin "Aftenposten" qəzetinin jurnalist sorğusuna cavab olaraq verib.
 
Moderator.az xəbər verir ki, Priqojinin şərhini onun mətbuat xidməti "Telegram- kanal"da dərc edib.
 
Norveç nəşri xatırladıb ki, "Andrey Medvedev adlı adam" bəyan edib ki, Rusiyadan Norveçə qaçıb və hazırda Oslodadır.
 
"Medvedev bəyan edir ki, o, "Vaqner qrupu" özəl hərbi şirkətinin sabiq komandiridir və Ukraynada insanlığa qarşı cinayətlərin şahidi olub", - Norveç qəzetinin soruğusunda deyilir. 
 
Priqojin təsdiq edir ki, "Andrey Medvedev həqiqətən "Vaqner qrupu" özəl hərbi şirkətin "Nithöqq" Norveç taborunda işləyib, çünki Norveç vətəndaşlığı olub". 
 
Priqojinin sözlərinə görə, Medvedev "əsirlərlə qəddar münasibətə cəhd göstərdiyi üçün" məsuliyyətə cəlb olunmalıdır. Lakin indiyə qədər axtarışdadır. 
 
"Ehtiyatlı olun, o, çox təhlükəlidir", - Yevgeni Priqojin xəbərdarlıq edib.
 
Oliqarxın qeyd etdiyi kimi, şirkətin təhlükəsizlik xidməti tərəfindən Rusiyanın hüquq-mühafizə orqanlarına verilməsi üçün müvafiq materiallar hazırlanıb.
 
Bundan öncə Priqojinin ordusunda "Norveç taboru"nun mövcud olması barədə heç bir məlumat olmayıb. 
 
Yanvarın 5-də "Aftenposten" qəzetinin sorğusuna cavab olaraq oliqarx bəyan edib ki, onun şirkətində Norveçdən 67 muzdlu var. 
 
Əlavə edək ki, Priqojinin Norveç taborunun adı Skandinaviya mifologiyasından götürülüb. Orada "Nithöqq" cinayətkarları,  qatilləri, zinakarları ovlayan ilan, yaxud əjdaha obrazıdır.
 
Bundan öncə məlumat verilib ki, yanvarın 15-də Ukraynada döyüşən "Vaqner qrupu" özəl hərbi şirkətinin sabiq komandiri Andrey Medvedev Norveçə qaçıb və oradan sığınacaq istəyib.
 
Bu barədə Fransada yaşayan Rusiyanın hüquq müdafiəçisi, "Gulagu.net" təşkilatının təsisçisi Vladimir Oseçkin məlumat verib.
 
Andrey Medvedev gürzlə qətlə yetirilmiş Yevgeni Nujinin (şərti adı Kusok) və şirkətin 7-ci hücum dəstəsinin 4-cü tağımının birinci bölməsinin komandiri olub.
 
Onun sözlərinə görə, 4 aylıq müqavilə müddəti başa çatdıqdan sonra şirkəti tərk edib. Hazırda "minlərlə ukraynalı və rusiyalıların qətlində əli olan" oliqarx və terrorçu Yevgeni Priqojinə qarşı ifadələr verməyə hazırdır.

Geri dön