Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistan prezidenti Estoniya XİN başçısı ilə görüşdü
Ana Sayfa > Karusel > Ermənistan prezidenti Estoniya XİN başçısı ilə görüşdü

Ermənistan prezidenti Estoniya XİN başçısı ilə görüşdü


18-01-2023, 14:09. Yazar: Admin

Ermənistan prezidenti Estoniya XİN başçısı ilə görüşdü

 

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Estoniyanın xarici işlər naziri Urmas Reynsalla görüşüb.

 

Qarabaginfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş Xaçaturyanın Estoniyaya səfəri çərçivəsində baş tutub.

 

Estoniyalı nazir regionda dayanıqlı sülhün təmin olunmasında maraqlı olduqlarını, həmçinin Aİ missiyasının Ermənistana yerləşdirilməsini dəstəklədiklərini söyləyib.

 

Reynsalın sözlərinə görə, Estoniya problemin sülh yolu ilə həll olunması üçün hər cür səy göstərməyə hazırdır.

 

Estoniya XİN başçısı Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşma prosesini alqışladığını Xaçaturyanın diqqətinə çatdırıb.


Geri dön