Ana Sayfa > Karusel > Azərbaycan-İran dövlət sərhədində narkotrafikin qarşısı alınıb - DSX

Azərbaycan-İran dövlət sərhədində narkotrafikin qarşısı alınıb - DSX


18-01-2023, 10:35. Yazar: Admin

 

Azərbaycan-İran dövlət sərhədində narkotrafikin qarşısı alınıb - DSX

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq işlər görüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Bildirilib ki, 2022-ci il Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsinin nəzarət altına götürülməsi nəticəsində bu ərazidən keçən narkotrafikin qarşısının alınması, Ermənistanla dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən 198,7 km-lik hissəsində sərhədlərimizin etibarlı müdafiəsi və mühafizəsi sisteminin təmin edilməsi, "Eyvazlı" və "Qazançı" buraxılış məntəqələrinin fəaliyyətinin nəzarətdə saxlanılması, "Füzuli" və "Zəngilan" beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkili, azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirilməsi, düşmən təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əlamətdar olub.

2022-ci ildə  Dövlət Sərhəd Xidmətinin 9 zabiti "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinə layiq görülüb, Vətən Müharibəsi zamanı göstərdikləri igidliyə və şücaətə, həmçinin xidmətdə fərqləndiklərinə görə 125 nəfər hərbi qulluqçunun (onlardan 54 nəfərini ölümündən sonra) orden və medallarla təltif edilməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.


Geri dön