Ana Sayfa > Karusel / Manşet > “Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır

“Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır


18-01-2023, 00:16. Yazar: Admin

“Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır

Fevralın 17-dən etibarən Rusiyanın “Aeroflot” Hava Yolları şirkəti Sankt-Peterburqla Bakı arasında birbaşa uçuşlara başlayacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

 

Reyslər Pulkovo hava limanından həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri olmaqla, “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.

“Aeroflot”un mətbuat xidməti qeyd edib ki, bu mövsüm sərnişinlərə Sankt-Peterburqdan Antalyaya, İstanbula, Dubaya, Daşkəndə, Səmərqəndə və İrəvana birbaşa uçuşlar təklif olunur.


Geri dön