Ana Sayfa > Karusel / Manşet > ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışına icazə istəyib

ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışına icazə istəyib


17-01-2023, 23:40. Yazar: Admin

ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışına icazə istəyib

ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi brifinqində bildirib.

 

“Bunun Konqres tərəfindən nəzərdən keçirildiyini etiraf etməklə yanaşı, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin işinin hazırkı vəziyyəti ilə bağlı danışmaqdan imtina edərdim”- deyə, o bildirib.

Onun sözlərinə görə, ABŞ Türkiyəni vacib tərəfdaş və müttəfiq sayır.

“Bu əlaqələri necə gücləndirə biləcəyimiz, qarşılıqlı müdafiənin necə təmin olunacağı barədə Türkiyə liderləri ilə işləməyə davam edəcəyik”, - deyə Patrik Rayder bildirib.


Geri dön