Ana Sayfa > Karusel / Manşet > Aksiyadan əvvəl Ermənistanda qalmış 26 erməninin Xankəndiyə keçməsi təmin olunub

Aksiyadan əvvəl Ermənistanda qalmış 26 erməninin Xankəndiyə keçməsi təmin olunub


17-01-2023, 22:29. Yazar: Admin

Aksiyadan əvvəl Ermənistanda qalmış 26 erməninin Xankəndiyə keçməsi təmin olunub

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Qarabaginfo.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Və 1 minik, 2 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib. Həmin avtomobillərin içərisində isə 26 erməni (onlardan 20-si uşaq idi) olub. Həmin şəxslər aksiyadan əvvəl Ermənistana idman yarışına gedibmiş. İndi isə Rusiya sülhməramlıları onları öz maşınları ilə aksiya ərazisindən keçərək Xankəndi istiqamətinə aparıblar. (apa.az)


Geri dön