Ana Sayfa > Karusel > Naxçıvana təyinat alan Şahin Mirzəyev kimdir? - Foto

Naxçıvana təyinat alan Şahin Mirzəyev kimdir? - Foto


17-01-2023, 15:41. Yazar: Admin

Naxçıvana təyinat alan Şahin Mirzəyev kimdir?

Xəbər verdiyimiz kimi, polkovnik Şahin Mirzəyev Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, yeni nazir 1968-ci ildə Naxçıvanda anadan olub. Ş.Mirzəyev bu vəzifəyə təyin edilənədək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini tutub. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib.

Qeyd edək ki, yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

 

 


Geri dön