Ana Sayfa > Karusel > Şahruddin əməliyyat olunacaq, Abbas üçün mövsüm bitdi
Şahruddin əməliyyat olunacaq, Abbas üçün mövsüm bitdi17-01-2023, 15:17. Yazar: Admin |
“Qarabağ”ın zədələnən futbolçuları Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovun son durumu bəlli olub. Qarabaginfo.az xəbər verir ki, Ş.Məhəmmədəliyevin yaxın günlərdə əməliyyat ediləcəyi gözlənilir. Qolkiper 2 aya yaxın meydana çıxa bilməyəcək. “Qarabağ”ın zədələnən digər futbolçusu Abbas Hüseynov da əməliyyat olunacaq. O, 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə görüşünü buraxacaq. Geri dön |