Ana Sayfa > Karusel / İqtisadiyyat > Azad olunmuş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi başa çatır

Azad olunmuş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi başa çatır


17-01-2023, 11:30. Yazar: Admin

Azad olunmuş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi başa çatır

"Şərqi-Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər başa çatmaqdadır".

Qarabaginfo.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin ərazilər 30 ilə yaxın işğal altında olduğu üçün ehtiyatları dəyərləndirmək mümkün olmayıb:

"Zəfərdən sonra bizim ilk fəaliyyətimiz oranın mineral xammal ehtiyatlarının qiymətləndirilməsinə yönəlib. Artıq bu işlər başa çatmaqdadır. Bizim məqsədimiz işğal dövründə ölkəmizə dəymiş zərərin miqyasının müəyyən edilməsidir. Həmin zərər müvafiq qurumlara təqdim edilməklə, gələcəkdə bəlli hüquqi təzminat davasının açılmasına xidmət edəcək".


Geri dön