Ana Sayfa > Karusel / Region > Bu gün Saakaşvili ilə bağlı QƏRAR

Bu gün Saakaşvili ilə bağlı QƏRAR


17-01-2023, 11:10. Yazar: Admin

Bu gün Saakaşvili ilə bağlı QƏRAR VERİLƏCƏK

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi davam edir.

 

Qarabaginfo.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, proses çərçivəsində növbəti məhkəmə iclası bu gün keçiriləcək.

 

Məhkəmə onun həbs cəzasının icrasının müvəqqəti dayandırılması və ya azadlığa buraxılması ilə bağlı vəsatətinə baxacaq.

 

Bildirilib ki, paytaxt Tbilisidəki "Vivamed" klinikasında müalicə alan eks-prezidentin prosesə məsafədən qoşulub-qoşulmayacağına həkimlər qərar verəcək.

 

Qeyd edək ki, 2021-ci ilin oktyabrından bəri həbsdə olan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib. Onun səhhətində ağır problemlər var.(modern.az)


Geri dön