Ana Sayfa > Karusel / Manşet > “Qarabağ” Şahruddini də itirdi
“Qarabağ” Şahruddini də itirdi16-01-2023, 21:37. Yazar: Admin |
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb. Qarabaginfo.az xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq. Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək. Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib. Geri dön |