Ana Sayfa > Karusel / Manşet > Rusiya və İran XİN rəhbərlərinin danışıqları təxirə salınıb

Rusiya və İran XİN rəhbərlərinin danışıqları təxirə salınıb


16-01-2023, 19:26. Yazar: Admin

Rusiya və İran XİN rəhbərlərinin danışıqları təxirə salınıb

Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında danışıqlar təxirə salınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki yanvarın 17-nə təyin olunan danışıqlar tərəflərin razılığı ilə daha sonraya təxirə salınıb.

Qeyd edək ki, Lavrov və Abddulahiyan yanvarın 17-də Moskvada görüşüb Cənubi Qafqaz, Suriya, İranın nüvə problemi və ikitərəfli münasibətlərə dair müzakirələr aparmalı idilər.


Geri dön