Ana Sayfa > Karusel / Manşet > AKP sözçüsü İsveç hakimiyyətinə çağırış edib

AKP sözçüsü İsveç hakimiyyətinə çağırış edib


16-01-2023, 19:14. Yazar: Admin

AKP sözçüsü İsveç hakimiyyətinə çağırış edib

İsveç Prokurorluğunun PKK tərəfdarlarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkəsini təhqir edən nümayişi ilə bağlı cinayət işi açmamasına dair qərarı fərqli bir vəziyyət yaradır.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

 

O, bu qərarın yanlış olduğunu qeyd edib. Çelikin sözlərinə görə, İsveç NATO-ya üzvlük yolunda mövcud maneələrlə mübarizə aparmalıdır.

Ömər Çelik, bu qərarın hakimiyyətlə məhkəmə sisteminin terrora qarşı mübarizədə fərqli mövqe tutduqlarını göstərdiyini vurğulayıb.


Geri dön