"Hazırda Ermənistan kifayət qədər çətin vəziyyətdədir".
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyan estoniyalı həmkarı ilə görüşündə deyib.
Estoniya Respublikasına işgüzar səfər edən Xaçaturyan Ermənistan-Azərbaycan və regional məsələlərdən də söz açıb.
Estoniya prezidenti Alar Karis bildirib ki, onlar həm fərdi ölkə kimi, həm də Aİ-nin üzvü kimi Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olması üçün mümkün qədər qərəzsiz vasitəçilik səyləri göstərməyə çalışırlar.(Unikal)