Ana Sayfa > Karusel / Təhsil > Kollecdə yanğın: 10-dan çox tələbə zəhərləndi

Kollecdə yanğın: 10-dan çox tələbə zəhərləndi


16-01-2023, 15:55. Yazar: Admin

Kollecdə yanğın: 10-dan çox tələbə zəhərləndi

 

Gəncə şəhərində yerləşən Gəncə Dövlət Regional Kollecində yanğın olub, 10-dan çox tələbə tüstüdən zəhərlənib.

 

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, zəhərlənən tələbələr xəstəxanaya yerləşdirilib.

 

Hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, bu gün daha əvvəl Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında da yanğın baş verib.

 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.


Geri dön