Ana Sayfa > Karusel > Ödəmə terminallarından 19 min manat oğurladı

Ödəmə terminallarından 19 min manat oğurladı


16-01-2023, 12:05. Yazar: Admin

 

Ödəmə terminallarından 19 min manat oğurladı

 

Tovuzda ödəmə terminallarından 19 min manat pul oğurlayan şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayonunun Əyyublu kəndindəki bir mağazadan 200 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından 1229 manat pul, Aşağı Quşçu kəndində isə digər mağazada quraşdırılan ödəmə terminalından 17.563 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Qəzənfər Babayev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.


Geri dön