Ana Sayfa > Karusel > Azərbaycan sülh məqsədinə şərikdir - Fransa spikeri
Azərbaycan sülh məqsədinə şərikdir - Fransa spikeri16-01-2023, 11:52. Yazar: Admin |
Fransa parlamentinin sədri Yael Braun-Pive Azərbaycanın Ermənistanla sülh prosesi haqqında danışıb.
Qarabaginfo.az xəbər verir ki, o, Ermənistana səfəri zamanı "Armenpress"ə verdiyi müsahibədə bu məsələdən söz açıb.
"Fransanın məqsədi Cənubi Qafqazda sülh prosesi naminə hərəkət etmək, beynəlxalq ictimaiyyəti Ermənistanın ərazi bütövlüyünə hörmət, habelə Ermənistanın müdafiəsini ehtiva edən sülh yolu ilə nizamlanma naminə birləşdirməkdir. Mən bura parlament nümayəndə heyəti ilə ötən ilin noyabrında qəbul etdiyimiz qətnamədən sonra Ermənistan dövləti və xalqı ilə həmrəyliyimizi və qardaşlığımızı bir daha təsdiq etmək üçün gəlmişəm. Fransanın səyləri təkcə bəyan etdiyimiz həmrəyliklə deyil, həm də regionda sülhün bərpasına yönəlmiş ən yüksək beynəlxalq səviyyədə çox konkret hərəkətlərlə özünü göstərir. Oktyabrın 6-da Praqada keçirilən görüşün nəticələrindən biri də sərhəddə Avropa İttifaqqının monitorinq qrupunun yerləşdirilməsidir. Hesab edirəm ki, Avropa İttifaqı ilə bu istiqamətdə səylər davam etdirilməlidir. Və biz hesab edirik ki, Azərbaycan da sülhün bərqərar olunması məqsədinə şərikdir. Biz hər zaman bütün tərəflərlə dialoqa hazırıq, çünki inanırıq ki, regionda daimi sabitliyi yalnız sülh təmin edə bilər", - deyə spiker söyləyib.
Braun-Pive Fransa parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə də toxunub və bunun hökumətin siyasətinə təsir etməyəcəyinə eyham vurub: "Parlamentin mövqeyi müstəqil mövqedir, o, yalnız deputatların mövqeyini təmsil edir. Və yekdilliklə qəbul edilsə də, yenə də hökumət üçün məcburi olmayacaq. Hökumətin öz ideyaları ola bilər və qətnamədəki mövqeyi tam paylaşmaya bilər. Təbii ki, üsullar fərqli olsa da, bizim və hökumətin məqsədləri eynidir. Yəni əlimizdə olan vasitələrlə, yerimizi və rolumuzu nəzərə alaraq regionda sülhə nail olmaqdır. Bildiyiniz kimi, Fransa müxtəlif platformalarda fəaliyyət göstərir, istər ikitərəfli münasibətlər, istərsə də Avropa platformalarında çoxtərəfli münasibətlərimiz var. Məqsəd isə bu məsələnin sülh yolu ilə həlli naminə dünya birliyini, beynəlxalq ictimaiyyəti birləşdirməkdir. Bu nizamlanma, əlbəttə ki, Ermənistanın ərazi bütövlüyünə hörmət və müdafiəni, eləcə də Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasını əhatə etməlidir".
Fransa parlamentinin sədri ölkəsinin Ermənistanla münasibətlərini yüksək qiymətləndirib: "Əməkdaşlıq etdiyimiz sahələr çox müxtəlifdir, ona görə də onların təsnifatını aparmaq və müəyyən prioritetləri ayırmaq çətindir. Xüsusilə, 2022-ci ilin martında Parisdə keçirilən böyük iqtisadi forum zamanı ciddi təkan verilmiş iqtisadi əməkdaşlıqdan danışa bilərik. Yeri gəlmişkən, Fransa İnkişaf Agentliyinin tezliklə Ermənistanda nümayəndəliyi fəaliyyət göstərəcək. Təhsil sahəsində də kifayət qədər ciddi əməkdaşlıq var. Xüsusilə, bu sahədə Frankofoniyanın inkişafına təkan verilir. Səhiyyə sahəsində əməkdaşlığımız davam edir. Parlament diplomatiyasının da tam şəkildə həyata keçirilməsini və nəticə verməsini vacib hesab edirəm. Ümid edirəm ki, yenidən bura gəlmək imkanım olacaq və növbəti səfərimdə artıq sülh olacaq". Geri dön |