Ana Sayfa > Karusel > İtkin düşən məktəblilərdən biri tapıldı
İtkin düşən məktəblilərdən biri tapıldı16-01-2023, 10:24. Yazar: Admin |
Daxili İşlər Nazirliyi (DİN) Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı məlumat yayıb.
Qarabaginfo.az xəbər veri ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri müəyyən edilib.
Məlum olub ki, o, Gəncə şəhərində atasının yanına gedib.
Bundan əlavə, Şəkidə itkin düşdüyü deyilən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib. Onun tapılaraq ailəsinə qaytarılması təmin olunacaq. Geri dön |