Ana Sayfa > Karusel / Manşet > Türkiyə Ukrayna müharibəsindəki yaralılara dəhliz açmaq istəyir

Türkiyə Ukrayna müharibəsindəki yaralılara dəhliz açmaq istəyir


15-01-2023, 22:40. Yazar: Admin

Türkiyə Ukrayna müharibəsindəki yaralılara dəhliz açmaq istəyir

Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək və mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets çıxışında bildirib.

Lubinets qeyd edib ki, bu, tərəflər arsında müzakirə olunur.

Yanvarın 11-12-də Ankarada keçirilən Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində Rusiya Ombudsmanı Tatyana Moskalkova Lubinets ilə və türkiyəli həmkarı Şeref Malkoçla bir sıra görüşlər keçirib.


Geri dön