Ana Sayfa > Karusel / Manşet > Rusiyada hərbi hissədə partlayış baş verib, üç hərbçi ölüb, 16 nəfər yaralanıb

Rusiyada hərbi hissədə partlayış baş verib, üç hərbçi ölüb, 16 nəfər yaralanıb


15-01-2023, 16:52. Yazar: Admin

Rusiyada hərbi hissədə partlayış baş verib, üç hərbçi ölüb, 16 nəfər yaralanıb

Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə partlayış baş verib.

Qarabaginfo.az yerli KİV-ə istinadən xəbər verir ki, partlayış rusiyalı hərbçinin qumbara partlatması nəticəsində baş verib.

 

Yanvarın 14-də tağım komandiri, baş çavuş RQD-5 əl qumbarasını partladıb. Nəticədə hərbi hissədə olan silah-sursat anbarında yanğın və partlayış baş verib. Yanğın sahəsi 450 kv.m olub. Partlayış nəticəsində, ilkin məlumatlara görə, üç hərbçi ölüb, 16 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Faktla bağlı cinayət işi açılıb.


Geri dön