Ana Sayfa > Karusel / Manşet > Tanklar Ukraynaya 1 ildən tez verilməyəcək - Papperger
Tanklar Ukraynaya 1 ildən tez verilməyəcək - Papperger15-01-2023, 14:56. Yazar: Admin |
Almaniya 2023-cü ildə Ukraynaya “Leopard” tankları verə bilməyəcək, çünki hazırlanması bir il çəkə bilər. Qarabaginfo.az xəbər verir ki, bunu “Rheinmetall” şirkətinin rəhbəri Armin Papperger deyib. “Hər bir tank üzərində təxminən bir il işləyirik. Tanklar nəinki yenidən rənglənir, həm də müharibə şəraitində istifadə üçün yenidən təchiz edilir. Onlar tamamilə sökülür, daha sonra bərpa olunur. Bu o deməkdir ki, tankların Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi ilə bağlı qərar sabah verilsə belə, çatdırılma 1 ildən tez başlaya bilməyəcək”, - Papperger bildirib. Onun sözlərinə görə, şirkətin arsenalında Ukraynaya çatdırılmaq üçün 22 ədəd “Leopard 2” var. Lakin şirkət dövlət sifarişi olmadan təmirə başlaya bilməz. Çünki bu, bir neçə yüz milyon avroya başa gəlir. Geri dön |