Ana Sayfa > Karusel / Manşet > Roma Papası Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi

Roma Papası Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi


14-01-2023, 19:10. Yazar: Admin

Roma Papası Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun etimadnaməsini qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycana səfər edəcəyi vurğulanıb.

Həmçinin, görüş əsnasında Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb.

Müqəddəs Taxt-Tacın dövlət katibi səfirdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib.


Geri dön