Ana Sayfa > Karusel / Sosial > Bakıda 3 nəfər dəm qazından zəhərləndi - Ölən var

Bakıda 3 nəfər dəm qazından zəhərləndi - Ölən var


14-01-2023, 10:40. Yazar: Admin

Bakıda 3 nəfər dəm qazından zəhərləndi - Ölən var

 

Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.

 

Qarabaqinfo.az-ın xəbərinə görə, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

 

Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön