Ana Sayfa > Karusel / Qarabağ > Xocavənddə partlayış - Ölən var

Xocavənddə partlayış - Ölən var


13-01-2023, 17:41. Yazar: Admin

Xocavənddə partlayış

Xocavənddə əlində sursat partlayan şəxs ölüb.

DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə yaxın dəqiqələrdə rayonun Ağburun adlanan ərazisində baş verib. Belə ki, orada heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən partlayıcı sursat tapıb. E.Hümbətovun sursatla ehtiyatsız davranması ucbatından partlayış baş verib. Nəticədə o, hadisə yerində vəfat edib.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.


Geri dön