Ana Sayfa > Karusel / Region > Zelenskinin Ofisi: Soledar və Baxmutda vəziyyət çox çətindir

Zelenskinin Ofisi: Soledar və Baxmutda vəziyyət çox çətindir


13-01-2023, 17:33. Yazar: Admin

Andriy Yermak

 

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Soledar və Baxmutda vəziyyətin çox çətin olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Yermak bu barədə "Le Monde"yə müsahibəsində deyib.

“Vəziyyət çətin, hətta deyərdim çox çətindir, hazırda Baxmut və Soledarda baş verənlər 21-ci əsrin Verden döyüşüdür.

Aylardır şiddətli döyüşlər gedir, lakin əsgərlərimiz öz mövqelərini qoruyub saxlaya bilirlər (bu müsahibənin yayımlanmasından sonra Rusiya Müdafiə Nazirliyi Soledarın ələ keçirilməsini elan edib, lakin ukraynalılar bunu inkar edirlər-red.). Ruslar cinayətkarları həbsdən azad edib, müharibəyə göndərir və onlar cəbhə xəttinə çatan kimi ölürlər. Onların meyitləri yerdə qalıb, hətta bu meyitləri yığmırlar. Rusiya tərəfində çoxlu insan itkisi var, bizdən qat-qat yüksəkdir. Biz açıq şəkildə əsgərlərimizin həyatına daha çox dəyər veririk. Ancaq qarşımızda dayanmadan hücum edən bir insan kütləsi var.

Soledarda küçə döyüşləri gedir, heç bir tərəf şəhərə nəzarət etmir. Orada ruslar var, amma nəzarət etmirlər. Vəziyyət çətindir, lakin bizim bu müharibədə məqsədimiz dəyişmir, bu, öz ərazilərimizi azad etmək, Ukraynanın ərazi bütövlüyünü tam bərpa etməkdir”, - Yermak vurğulayıb.


Geri dön