Ana Sayfa > Karusel / Siyasət > Nazir generalı yeni vəzifəyə təyin etdi

Nazir generalı yeni vəzifəyə təyin etdi


13-01-2023, 16:47. Yazar: Admin

Nazir generalı yeni vəzifəyə təyin etdi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə sözügedən vəzifəyə polis general-mayoru Sərdar Səfərov gətirilib.

 

 Qeyd edək ki, S.Səfərov buna qədər Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olub.

Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əvvəlki rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.(Apa)


Geri dön